Rusiya Azərbaycana təşəkkür edib

Bölmə: Dünya › ,
Tarix: 12:25 14.06.2025

İrandan təxliyə olunmalı 88 nəfərdən 56-sı artıq Azərbaycanın ərazisindədir. Onların arasında rejissor Fyodor Bondarçuk və onun çəkiliş qrupunun üzvləri də var.

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiyanın Bakıdakı səfirliyi məlumat verib.

“Hazırda 88 nəfərdən 56-sı Azərbaycan Respublikasının ərazisindədir. Sərhəd keçidi davam edir”, – deyə səfirliyin mətbuat xidmətindən bildirilib.

 

Səfirlik Rusiya vətəndaşlarının təxliyəsi və onların oteldə yerləşdirilməsi üçün nəqliyyatın təşkili sahəsində göstərilən köməyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.