AB Rusiyaya sanksiyaları yumşaldacağı vaxtı açıqlayıb

Tarix: 12:47 14.06.2025
"Yalnız Ukrayna sülhə qovuşduqdan və Rusiyanın təkrar hücum təhlükəsi aradan qalxdıqdan sonra Avropa Birliyi Rusiya əleyhinə sanksiyaları yumşalda bilər".
"İnformator.az" xəbər verir ki, bunu Avropa Birliyinin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid Sallivan deyib.
Onun sözlərinə görə, Ukraynanın təhlükəsizliyinə təhdidlər qaldığı halda AB sanksiyaları əvvəlcədən yumşaltmayacaq:
"Biz sanksiyaların ləğvini onların tətbiqini zəruri edən səbəblər artıq mövcud olmayanda müzakirə edəcəyik. Bunu əvvəlcədən - Ukraynanın gələcək təhlükəsizliyini, suverenliyini və azadlığını təmin edən nizamlanma olmadan etmək niyyətində deyilik".