İsrail üçün çətin gecə olub...-Amerikalı səfir

Bölmə: Dünya › ,
Tarix: 13:46 14.06.2025

İsrail üçün çətin gecə olub.

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hukabi sosial media hesabında paylaşım edib.

Diplomat bildirib ki, gecə ərzində İsraildə vəziyyət olduqca gərgin keçib:

 

“İsrail üçün çətin gecə oldu. Gecə ərzində 5 dəfə sığınacağa getməyə məcbur qaldım. İndi burada Şabatdır. Sakit olmalıdır. Bəlkə də olmayacaq. Bütün ölkə əhalisinə sığınacaq yaxınlığında qalmaq tövsiyə edilib”, – o qeyd edib.