İran polisi casusluq şübhəsi ilə 19 nəfəri həbs edib

Bölmə: Dünya › ,
Tarix: 14:57 14.06.2025

İran polisi İsrailin zərbələrindən sonra 19 nəfəri həbs edib.


“İnformator.az”ın verdiyi məlumata görə, bu barədə "The Guardian" öz mənbələrinə istinadla xəbər verib.

 

Bildirilir ki, Hörmüzqan əyalətində 14 nəfər həbs edilib. İran kiber polisi onları sosial şəbəkələrdə şayiələr yaymaqda və İsraili dəstəkləməkdə ittiham edir. Onları iki ildən beş ilə qədər həbs cəzası gözləyir.

Daha beş nəfər isə Yəzddə sənaye və hərbi obyektləri çəkdikləri üçün saxlanılıb.