Bakıda yolu düzgün keçməyən piyada yol polisini bıçaqladı

Bölmə: Hadisə › ,
Tarix: 15:43 02.03.2016

Bakıda yolu düzgün keçmədiyinə görə cərimələnən şəxs polis əməkdaşlarına müqavimət göstərib.

İnformator.az “Report”-a istinadla verdiyi məlumata görə, hadisə "Azadlıq” prospektində qeydə alınıb.

Belə ki, həmin ərazidə yolu piyadalar üçün müəyyən edilməmiş yerdən keçdiyi üçün Lənkəran şəhər sakini, 21 yaşlı Peyman Yusifli barəsində polis əməkdaşları tərəfindən protokol tərtib edilib. Buna etiraz edən P.Yusifli cibindəki bıçağı çıxararaq polis əməkdaşlarına hədə-qorxu gəlib. Bu zaman o, polis serjantlarından birinə əl və baş nahiyəsindən xəsarət yetirib.

P.Yusifli saxlanılıb. Faktla bağlı araşdırma aparılır.Bakıda yolu düzgün keçmədiyinə görə cərimələnən şəxs polis əməkdaşlarına müqavimət göstərib. İnterAz “Report”-a istinadla verdiyi məlumata görə, hadisə "Azadlıq” prospektində qeydə alınıb.

Belə ki, həmin ərazidə yolu piyadalar üçün müəyyən edilməmiş yerdən keçdiyi üçün Lənkəran şəhər sakini, 21 yaşlı Peyman Yusifli barəsində polis əməkdaşları tərəfindən protokol tərtib edilib. Buna etiraz edən P.Yusifli cibindəki bıçağı çıxararaq polis əməkdaşlarına hədə-qorxu gəlib. Bu zaman o, polis serjantlarından birinə əl və baş nahiyəsindən xəsarət yetirib.

P.Yusifli saxlanılıb. Faktla bağlı araşdırma aparılır.