Vətəndaşların 139 min manatını mənimsəyən qadın tutulub
Bölmə: Hadisə › ,Tarix: 12:04 03.03.2016
Bakıda 19 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.
İnformator.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il noyabrın 13-də Balakişi Behbudova qarşı dələduzluq edən Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2014-cü il tarixdə daha 18 nəfəri aldadaraq onlardan ümumilikdə 139 000 manat pul alması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.