Oğurluqda ittiham olunan şəxs 3 il azadlıqdan məhrum edildi
Bölmə: Hadisə › ,Tarix: 13:57 03.03.2016
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1992-ci il təvəllüdlü Samir Gəraylının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İnformator.az-ın Trend-ə istinadən verdiyi məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Gəraylı 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, S.Gəraylı 7 min manat oğurluqda ittiham edilib. O, Cinayət Məcəlləsinin 177( oğurluq ) maddəsi ilə ittiham edilib.
Məhkəmə istintaqı dövründə zərərçəkənə dəymiş ziyan ödənilib.
Onu da qeyd edək ki, S.Gəraylı Şuşa uğrunda döyüşlərində şəhid olan Sabir Rüstəmovun oğludur.