İngiltərə “Facebook”u vergini düzgün ödəməyə məcbur edib

Bölmə: Maraqlı › ,
Tarix: 17:08 04.03.2016

“Facebook” İngiltərədə bütün mühasibatlıq hesabatlarını yeniləyir.

İnformator.az xəbər verir ki, şirkət verdiyi açıqlamada İrlandiyadakı mərkəzində hesablanan İngiltərə reklam gəlirlərini artıq İngiltərədə hesablayacağını deyib.  Şirkət məsələ ilə bağlı verdiyi açıqlamada bu dəyişiklərin şirkətin daha şəffaf bir işləməsinə imkan yaradacağını bildirib.

“Google” yanvar ayında 2005-ci ildən bu günə yığılan 130 milyon pondluq borcunu ödəcəykdi. “Facebook” İngiltərədə 2014-cü ildə sadəcə 4 min 327 pondluq qurumlar vergisini ödəyib.