Britaniya Rusiyanın pulu ilə Kiyevə silah göndərir

Tarix: 11:42 25.06.2025
Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Rusiyanın aktivlərindən istifadə edir.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
“350 ədəd ASRAAM hava-hava raketindən ibarət yeni paketin pulu dondurulmuş Rusiya aktivlərindən ödəniləcək”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, yeni hərbi yardım paketini NATO-nun Haaqa sammitində Böyük Britaniyanın Baş naziri Keyr Starmer bəyan edib.