Binəqədidə ev yanıb

Bölmə: Hadisə › ,
Tarix: 10:00 07.03.2016

Səhər saatlarında Bakıda yanğın faktı qeydə alınıb.

İnformator.az Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 9 kv.m sahədə yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 08:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.