Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub
Bölmə: Hadisə › ,Tarix: 13:06 07.03.2016
Prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib.
İ. Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb.
DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb.
Ə. Şəfiyev milli təhlükəsizlik nazirinin müavini olub.
DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub.
DTX-dan yeni təyinatların olduğu barədə məlumatı APA-ya təsdiqləyiblər.