Kiçik sahibkarlar ixracatı necə etsin ?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 11:07 30.03.2016

İxracatda 3 problemli faktor: ödəmə sistemləri, daşımacılıq, lisenziya kiçik sahibkarların bizneslərini iflic edir.

2015-ci ildə dünyada ümumi elektron ticarətin həcmi təqribi 1 trilyon dollarolub.Yənidövlət büdcəmizin 50 qatı.  E-Ticarətin bu qədər sürətlə inkişaf etməsinin səbəbi məsafələr arasında sərhədi götürmək, istədiyin hər şeyi tapmaq mümkünlüyüdür. Belə düşünə bilərsiniz: Sədərəkdə məhsul tapmaq asandır yoxsa Aliexpress-də. Bütün dünyada tendensiya belədir. İnsanlar uyğun qiymətli və keyfiyyətli məhsul tapmaq üçün vaxtlarını itirmək istəmirlər.

Dünyada E-Ticarət həcmi

Misal üstündə problemə baxaq.

Azərbaycanda bir rəssam öz əsərini xaricə satmaq istəyir. İnternetdə məhsulunu satmaq üçün araşdırma edəndə görür ki, Amazon platformasını aylıq ortalama 500 milyon, Ebay platformasını isə 285 milyon dəfə ziyarət olunur. Məhsulunu Ebayda satmağa qərar verir. 

Olmur, çünki:

  • Ebay-da satıcılar və alıcılar pul köçürmələri üçün Paypal-ı işlədir. Amma Paypal ilə Azərbaycan hesablarına pul qəbul etmək olmur. Yəni rəssam məhsulu satsa belə ödənişi qəbul edə bilməz. Niyə Türkiyə hesabına, Gürcüstan hesabına pul qəbul etmək olur amma Azərbaycan hesabına pul qəbul etmək olmur ?
  • Ödəmə problemini həll etdiyimizi düşünək. Sıradakı problemin həlli daha çətindir. Hansı daşımacılıq şirkətinə əsəri əmanət edəcəksən ki, bunu Amerikada yaşayan bir müştəriyə vaxtında və uyğun qiymətə çatdırsın. Özəl kargo şirkətləri (DHL, FEDEX, Aramex və s.) məktubu Amerikaya 80$-a aparırlar. Eni 1 metr uzunluğu 0.50 metr olan, çəkisi 1kg rəsm əsərini düşünmək istəmirəm. Yəqin 250$-dan aşağı olmayacaq. Əlimizdə tək bir variant qalır oda Azərexpresspost və qoşulduğu beynəlxalq EMS sistemi. Azərexpresspost-da isə bu qiymət 40$-dır.Çatdırılma sürətli olmasada (15-20 gün) qiyməti o qədərdə baha sayılmaz.

PS: Əgər Çinli bir rəssam ChinaPost-la bu əsəri Amerikaya göndərsəydi xidmət və sığorta haqqı birlikdə 20$ olacaqdır.

  • Hərçənd baha olsa da rəssamın əsərinə alıcı çox dəyər verdiyi üçün 40$-a razı oldu.Gömrük bəs ? Rəsm əsərini xaricə göndərmək üçün icazə sənədi alınmalıdır. Əks halda gömrükdə problem olacaq. Rəssam getməlidir rəsm əsərlərin xaricə göndərilməsinə icazə verən quruma. Blank doldurmalı və sübut etməlidir ki, bu rəsm əsəri dövlət əhəmiyyətli strateji məhsul deyil. Niyə ?

Həll:

  1. Problemlərin həlli üçün Paypal Azərbaycanda fəaliyyət göstərməlidir. Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi bu problemi asanlıqla həll edə bilər. Paypal dəvət olunsa gəlib xidmətlərini həm daxili bazara həm xarici bazara uyğunlaşdırarlar. Paypal-ın genişlənmə strategiyasında onsuz da Azərbaycan var.
  2. Azərexpresspost-a rəqib şirkət və ya ixracat üçün göndərilən məhsullarda xidmət xərcinə dövlət üst məhdudiyyətlər qoymalıdır, Çin kimi.
  3. Prezidentin tapşırığına əsasən sahibkarı bezdirən lisenziyalar ləğv olunmalıdır. Bu lisenziyada ləğv olunmalı və ya sadəcə xüsusi rəsm əsərlərinə tətbiq edilməlidir.

P.S: Təəssüf ki, 2015-ci il üzrə Azərbaycanda E-Ticarət həcmi təqribi 12 milyon manat olub.

Biznesin inkişafı üzrə mütəxəssis

Nicat Manafov
marja.az