SOCAR dövlət büdcəsi və DSMF-yə ödənişlərini azaldıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 11:45 11.04.2016

SOCAR 2016-cı ilin mart ayında dövlət büdcəsinə 109 milyon 248 min manat vəsait ödəyib.

SOCAR-dan İnformator.az verilən məlumata görə, 2016-cı ilin yanvar-mart aylarında büdcəyə 325 milyon 130 min manat vəsait ödənilib. 

Bundan əlavə, cari ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 10 milyon 920 min manat vəsait köçürüb. 2016-cı ilin yanvar-mart aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 31 milyon 970 min manat təşkil edib.