Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə əhəmiyyətlidir-Zaxarova

Tarix: 10:13 02.07.2025
Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə əhəmiyyətlidir, onları pozmaq istəyənlər nə etdikləri barədə yaxşı düşünməlidirlər.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik" radiosunun efirində bildirib.
"Bu məsələdə sadəcə aranı qatmaq istəyənlər var. Düşünürəm ki, hər iki xalq üçün dostluq münasibətləri son dərəcə vacibdir. Bu münasibətləri pozmaq istəyənlər nə etdikləri barədə yaxşı düşünməlidirlər", - o bildirib.