Tramp: İsrail atəşkəs razılaşmasına razıdır

Bölmə: Dünya › ,
Tarix: 11:55 02.07.2025

ABŞ prezidenti Donald Tramp Truth Social platformasında etdiyi paylaşımda, nümayəndələrinin İsrail rəsmiləri ilə “uzun və məhsuldar görüş” keçirdiyini bildirib. Onun sözlərinə görə, yekun atəşkəs təklifi Qətər və Misir vasitəçiləri tərəfindən qarşı tərəfə təqdim olunacaq.

 

“İsrail 60 günlük atəşkəsin yekunlaşdırılması üçün zəruri şərtlərlə razılaşıb. Bu müddətdə biz bütün tərəflərlə müharibəyə son qoymaq üçün işləyəcəyik",– deyə Tramp qeyd edib.

 

O, HƏMAS-ı bu şərtləri qəbul etməyə çağıraraq xəbərdarlıq edib: “Bu şərtlər daha da yaxşılaşmayacaq – yalnız daha da pisləşəcək".

 

Tramp danışıqlardakı rollarına görə Qətər və Misirə təşəkkür edib və bildirib ki, ABŞ bu münaqişənin uzunmüddətli həllini təmin etməyə sadiqdir.

 

ANEWZ

Gülhüseynova Güllər