Ölkələr qızıl ehtiyatlarını ABŞ-dən alırlar!

Bölmə: Dünya › ,
Tarix: 13:10 02.07.2025

ABŞ-nin tarifləri və geosiyasi qeyri-müəyyənliklərlə mübarizə aparan, dollara alternativ axtaran dünya ölkələri qızıl ehtiyatlarını öz ölkələrinə qaytarmağa çalışır.

 

Türkiyə bu addımı 2018-ci ildə edib. Berat Albayrakın xəzinə və maliyyə naziri olduğu dövrdə ABŞ, İngiltərə və İsveçrədən 350 ton qızıl Türkiyəyə gətirilib. ABŞ-nin tarifləri, inflyasiya təzyiqləri, geosiyasi qeyri-müəyyənliklər, birjalardakı volatillik və 1973-cü ildən bəri ən pis ilk yarısını yaşayan dollar dünyanın bir çox ölkəsini təşvişə salıb. Xüsusilə Avropa mərkəzi bankları həm qızıl ehtiyatlarının artırılmasını, həm də ABŞ və İngiltərədə saxladıqları qızılın öz ölkələrinə qaytarılmasını müzakirə etməyə başlayıblar. Almaniya və İtaliya hökumətləri Nyu-Yorkda saxlanılan qızıl ehtiyatlarını geri qaytarmağı planlaşdırır. 

 

Mənbə: A Haber

Çimnaz Telmanqızı