Narkotik satıcılarına qarşı əməliyyat!-825 kiloqram heroin ələ keçirilib

Bölmə: Dünya › ,
Tarix: 13:12 02.07.2025

Daxili işlər naziri Əli Yerlikaya, mərkəzi Adanada olan 7 vilayətdə keçirilən əməliyyatlarda 825 kiloqram heroinin ələ keçirildiyini, 30 şübhəlinin tutulduğunu açıqlayıb.

 

Daxili İşlər Naziri Əli Yerlikayanın paylaşdığı məlumata görə, Adana Respublika Prokurorluğu və Təhlükəsizlik Baş İdarəsi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi tərəfindən aparılan işlər nəticəsində; Adana İl Təhlükəsizlik Müdirliyi Narkotik Suçlarla Mübarizə Şöbə Müdirliyi; Hakkari, Hatay, İstanbul, Van, Diyarbəkir və Mersində mərkəz Adana olan 38 fərqli ünvanda eyni vaxtda əməliyyat keçirilib. 

 

Mənbə: A Haber

Çimnaz Telmanqızı