"Diplomatik kanallarla Azərbaycanda saxlanılan rusiyalıların maraqlarını müdafiə edəcəyik"- Kreml

Bölmə: Dünya › ,
Tarix: 14:42 02.07.2025

 

"Moskva diplomatik kanallar vasitəsilə Azərbaycanda saxlanılan vətəndaşlarının qanuni maraqlarını müdafiə edəcək və bunun üçün bütün mümkün vasitələrdən istifadə edəcək".

 

"İnformator.az" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

D.Peskov bildirib ki, ötən gün Kremldə Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının görüntülərini  diqqətlə izləyiblər.


O vurğulayıb ki, Rusiya hakimiyyəti diplomatik kanallar vasitəsilə vətəndaşlarının qanuni mənafelərini qoruyacaq və bunun üçün bütün mümkün vasitələrdən istifadə edəcək.