AEBA İrandan əməkdaşlığın dayandırılması barədə rəsmi təsdiq gözləyir

Bölmə: Dünya › ,
Tarix: 14:54 02.07.2025

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın agentliklə əməkdaşlığını dayandırması barədə media məlumatlarından xəbərdardır və Tehrandan rəsmi məlumat gözləyir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə AEBA-nin mətbuat xidmətinin rəhbəri Fredrik Dal məlumat verib.

 

"Biz müvafiq media məlumatlarından xəbərdarıq. AEBA İrandan əlavə rəsmi məlumat gözləyir", - deyə o, Prezident Məsud Pezeşkianın agentliklə əməkdaşlığın dayandırılması haqqında qanunu imzalaması barədə məlumatlarına cavab verib.