Saraçhane etirazlarının 100-cü günü

Tarix: 15:06 02.07.2025
Mart ayında Saraçhane etirazlarına qatılan Ayberk, Mehmet və Yusuf adlı üç gənc aylar sonra yenidən Saraçhane Parkında bir araya gəlib.
Ayberk böyük türk bayrağı, Yusifin əlində Mustafa Kamal Atatürkün şəkli var. Ətrafdakı gənclər onları alqışlayırlar. Onların dediyinə görə, əvvəllər bir-birini tanımayan bu gənclər həbsxanada dost olublar.
Çünki hər üçü mart ayında keçirilən etiraz aksiyaları zamanı həbs edilib və yolları Silivridəki Mərmərə həbsxanasında kəsilib. Ayberk və Yusuf universitet tələbəsi olduqlarını, Mehmet isə yeni məzun olduğunu deyir. Onlar mart ayında Saraçhane etirazları zamanı saxlanılan və həbs edilən onlarla gəncdən üçüdür.
Prezidenti təhqir etdiyi, yaxud toplantı və nümayiş qanununa qarşı çıxdığı üçün məhkəmələri davam edən gənclər həbsxanada keçirdikləri günləri danışarkən gülümsəyir. Ayberk, "Palatanın hər yerindən Atatürk portretlərini və türk bayraqlarını asdıq. Motivasiyamızı yüksək tutduq" deyir. Onların hamısı həbsxanaya getmələrinin aksiyalarda iştirakla bağlı fikirlərini dəyişmədiyini deyib. Əkrəm İmamoğlunun İstanbul Böyükşəhər Bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılaraq həbsə atılması prosesində mart ayında keçirilən etirazların mərkəzi olan Saraçhane bir çox gənc kimi onlar üçün də mübarizə simvoluna çevrilib. İndi Ayberk, Mehmet və Yusuf da gəlib 100-cü gün etirazına qatılıblar.
BBC News
Aysel Mirzəyeva