ABŞ Ukraynaya hərbi sursat göndərməmək qərarı alıb

Bölmə: Dünya › ,
Tarix: 15:45 02.07.2025

ABŞ Müdafiə Nazirliyinin xarici hərbi yardımlarla bağlı apardığı araşdırma nəticəsində daha əvvəl Ukraynaya göndərilməsi planlaşdırılan bəzi hərbi sursatların göndərilməyəcəyi açıqlanıb.


Ağ Evin mətbuat katibinin müavini Anna Kelli açıqlamasında bildirib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) xarici hərbi yardımlarla bağlı araşdırma aparır.


Bu çərçivədə Kelli, sabiq prezident Co Bayden dövründə Ukraynaya göndəriləcəyi qeyd olunan bəzi hərbi sursatların “ABŞ-nin maraqlarını ön planda tutmaq məqsədilə” göndərilməsinin dayandırıldığını qeyd edib.


“Bəzi silahların ehtiyatı azalıb”.


Kelli bildirib: “ABŞ Silahlı Qüvvələrinin gücü şübhə doğurmur. İranla soruşa bilərsiniz”.


Adı açıqlanmayan ABŞ rəsmiləri isə bildiriblər ki, Pentaqonun araşdırması nəticəsində bəzi silahların “ehtiyatlarının azalması” səbəbilə onların Ukraynaya göndərilməsi planından imtina olunub.


TRT HABER
Solmaz Muradova