Yunanıstan və İran arasında telefon danışığı olub

Bölmə: Dünya › ,
Tarix: 15:58 02.07.2025

Yunanıstan Xarici İşlər Nazirliyinin “X” hesabından edilən paylaşımda İerapetritisin bu gün Əraqçi ilə telefon danışığı olduğu və Yaxın Şərqdəki son hadisələrin müzakirə edildiyi bildirilib.

 

İerapetrit regional təhlükəsizlik problemlərinin davamlı həllinə yalnız diplomatiya və danışıqlar yolu ilə nail oluna biləcəyini vurğulayıb.

 

Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əməl etməyin vacibliyinə diqqət çəkən İerapetrit qlobal sülh və rifah üçün dəniz təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

 

Mənbə: CNN Türk
Zəhra Möhübbətova