Atəşkəslə bağlı şərtləri qəbul edib

Bölmə: Dünya › ,
Tarix: 16:21 02.07.2025

ABŞ Prezidenti Donald Tramp, İsrailin Qəzza zolağında 60 günlük atəşkəsin təmin edilməsi üçün zəruri olan şərtləri qəbul etdiyini açıqlayıb. Tramp, Truth Social platformasında etdiyi paylaşımda nümayəndələrinin israilli rəsmilərlə “uzun və səmərəli” bir görüş keçirdiyini bildirib.

 

Tramp daha əvvəl verdiyi açıqlamada, gələn həftə İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda görüşəcəyini və Qəzza ilə İran məsələlərini müzakirə edəcəklərini qeyd edib.

 

İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsində yardım gözləyən mülki şəxsləri hədəfə aldığı hücumda 11 fələstinli həlak olub, 84 nəfər yaralanıb. Xəstəxana mənbələrindən verilən məlumata görə, İsrail qüvvələri Qəzza şəhərinin cənubundakı Netsarim Dəhlizi yaxınlığında yardım gözləyən, aclıqla mübarizə aparan fələstinlilərə hücum edib. İlkin məlumatlara görə, hücum nəticəsində 11 fələstinli həyatını itirib, 84 nəfər yaralanıb.

 

İsrail ordusunun səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 69 nəfər həyatını itirib. Son hücumdan sonra gün ərzində həyata keçirilən hücumlarda ölənlərin sayı 80-ə çatıb.

 

Haberler.com

Aygün Babayeva