Bu gün silahları yerə qoymağa başlayıb

Tarix: 16:22 02.07.2025
Terror təşkilatı PKK-nın başçısı Abdullah Öcalanın çağırışı ilə özünü buraxan PKK-nın silahları təhvilvermə prosesinə bu gün başlayacağı iddia edilib. İraq Kürdüstan Regional İdarəsinin Süleymaniyyə şəhərində PKK-nın guya rəhbərlərindən olan Mustafa Karasunun iştirakı ilə silahların müvafiq qurumlara təhvil veriləcəyi bildirilib.
MHP başqanı Dövlət Baxçalının 1 oktyabr tarixində TBMM-də DEM Partiyası üzvləri ilə əl sıxması ilə başlayan “Terrorsuz Türkiyə” prosesində yeni bir inkişaf baş verib. Terror təşkilatı PKK-nın başçısı Abdullah Öcalanın 27 fevralda etdiyi çağırışdan sonra may ayında özünü buraxmaq və silahları yerə qoymaq qərarı alan PKK-nın gözlənilən addımı atacağı irəli sürülüb.
Bu gün İraq Kürdüstan Regional İdarəsinin (İKRY) Süleymaniyyə şəhərində müəyyən sayda PKK üzvünün silahlarını müvafiq qurumlara təhvil verəcəyi iddia olunub. PKK-nın guya rəhbərlərindən olan Mustafa Karasunun da silah təhvilvermə zamanı təşkilat rəhbərlərinə müşayiət edəcəyi qeyd olunub.
Digər tərəfdən, bu hadisələr fonunda MİT rəhbəri İbrahim Kalın İKRY-nin paytaxtı Ərbildə Kürdüstan Demokrat Partiyasının (KDP) sədri Məsud Bərzani, İKRY Prezidenti Neçirvan Bərzani, Baş nazir Məsrur Bərzani, Baş nazirin müavini Kubad Tələbani, Daxili İşlər Naziri Rəbir Əhməd və İKRY Təhlükəsizlik Şurasının nümayəndələri ilə görüşüb. Görüşdə PKK-nın özünü buraxmaq qərarından sonra yaşanan proseslərin müzakirə edildiyi bildirilib.
Haberler.com
Aygün Babayeva