Zelenski o vaxt bizi dinləməyib-Orban

Bölmə: Dünya › ,
Tarix: 10:55 03.07.2025

"Ukayna Prezidenti Vladimir Zelenskinin öz siyasətini sülh istiqamətində dəyişməsi üçün gec deyil".

"İnformator.az" xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban X səhifəsində yazıb.

O, düz bir il əvvəl Kiyevə səfər etdiyini xatırladıb:

 

“14 saatlıq səfərdən sonra Ukrayna Prezidenti Vladimir Zelenski ilə mümkün atəşkəs və sülhün əldə olunması barədə danışıq apardıq. Hələ o zaman vaxtın onun tərəfində olmaması barədə xəbərdarlıq etdim. Xəbərdarlıq etdim ki, ruslar uzunmüddətli müharibəyə hazırlaşır, ABŞ-də ciddi dəyişikliklər gözlənilir, Avropa isə tükənmək üzrədir. Onda Zelenski bizi dinləmədi”.