Hava məkanı bağlanıb, İrəvana uçan təyyarə geri qayıdıb

Bölmə: Dünya › ,
Tarix: 13:07 03.07.2025

Moskvadan İrəvana uçan “Utair” aviaşirkətinin UT785 reysi 2 saatlıq uçuşdan sonra qalxdığı hava limanına qayıdıb.

"İnformator.az" xəbər verir ki. bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, təyyarə təxminən saat 21:00-da Vnukovodan havaya qalxıb. Havaya qalxdıqdan təxminən iki saat sonra ekipaj “uçuş məhdudiyyətlərini” əsas gətirərək Moskvaya qayıtdıqlarını elan edib.

 

Daha sonra isə aviaşirkətin əməkdaşı geriqayıdışı “təyyarədə problemlərlə” əlaqələndirib.