Xarkov və Sumıya pilotsuz hücumlar-Yaralananlar arasında uşaqlar da var

Bölmə: Dünya › ,
Tarix: 12:09 07.07.2025

Rusiyanın pilotsuz uçan aparatı Xarkovda yaşayış binalarını və uşaq bağçasını hədəfə alıb. Hücum nəticəsində 27 nəfər yaralanıb, onlardan 3-ü uşaqlardır. Şəhərin meri İqor Terexovun sözlərinə görə, çoxmərtəbəli binada yanğın baş qaldırıb. Yaralananların əksəriyyəti Şevçenkivski rayonundadır.

 

Xarkov vilayətinin qubernatoru Oleh Sinehubov bildirib ki, hadisə yerində təcili yardım xidmətləri işləyir. Şəhər Rusiyanın genişmiqyaslı hücumlarının başladığı gündən bəri müntəzəm atəş altındadır. Moskva hücumla bağlı açıqlama verməyib.

 

Eyni gecə Sumı bölgəsində də hücum qeydə alınıb: 2 nəfər ölüb, 2 nəfər yaralanıb, 20-yə yaxın bina zədələnib. Kiyevin üç rayonunda da partlayışlar nəticəsində bir neçə bina və avtomobilə ziyan dəyib. Mer Vitali Kliçko xəsarət alanların olmadığını bildirib.

 

Mənbə: Reuters 

Qəmər Kazımzadə