Alleqri Modriçi təsdiqləyib

Tarix: 17:43 07.07.2025
“Milan”ın baş məşqçisi Massimiliano Alleqri “Real”ın yarımmüdafiəçisi Luka Modriç karyerasını İtaliya klubunda davam etdirəcəyini təsdiqləyib.
"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə özü açıqlama verib. O, “Biz Lukanın avqustda bizə qoşulacağını gözləyirik” deyə, bildirib.
Modriç hazırda Klublararası Dünya Çempionatında “Real”ın heyətində çıxış edir. 39 yaşlı xorvatiyalı turnirdən sonra klubu tərk edəcək.
2024/25 mövsümündə yarımmüdafiəçi bütün turnirlərdə 62 oyun keçirib, 4 qol vurub və 9 məhsuldar ötürmə edib.