Tbilisi isti payıza hazırlaşır

Bölmə: Dünya › ,
Tarix: 18:08 08.07.2025

Gürcüstanın hakim partiyası "Gürcü Arzusu" yerli seçkilərə hazırlaşmaqla yanaşı, müxalifət daxilində parçalanmaya səbəb olan gözlənilməz təkliflərlə siyasi təşəbbüsü əldən verməməyə çalışır.

 

Prezident Mixeil Kavelashvili həbsdə olan müxalif siyasətçilərə müraciət edərək, əfv üçün ərizə vermələrini və seçkilərə qatılmaq istədiklərini bildirmələrini istəyib. Bu təklif müxalifət daxilində qarşıdurmalara səbəb olub.

 

Bəzi müxalif partiyalar bu çağırışı rejimlə əməkdaşlıq kimi qiymətləndirərək seçkiləri boykot etməkdə israr edir.

 

Tbilisidə aparılan sorğular müxalifətin reytinqinin artdığını, hakim partiyanın isə paytaxtda dəstəyinin azaldığını göstərib. Lakin ümumilikdə ölkə üzrə "Gürcü Arzusu" hələ də birinci yerdədir.

 

Hakimiyyət isə seçkilərin legitimliyinə qarşı kampaniya aparıldığını, bəzi QHT-lərin və xarici qüvvələrin seçkiləri pozmağa çalışdığını bildirir. Gürcü parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqını bu proseslərdə ittiham edib.

 

Məqalədə vurğulanır ki, seçkilərdən sonra Tbilisidə nəticələrin saxtalaşdırıldığı bəhanəsi ilə iğtişaşlar və rejim dəyişikliyi cəhdləri mümkündür.


Caliber
Billurə Quliyeva