Qırmızı dənizdə Husi hücumu

Bölmə: Dünya › ,
Tarix: 18:09 08.07.2025

Yəməndəki Husi üsyançılarının Qırmızı dənizdə yerləşən yunanlara məxsus “Eternity C” yük gəmisinə hücumu nəticəsində 2 dənizçi yaralanıb, 2 nəfər isə itkin düşüb.

 

Hücum dronlar və kiçik qayıqlarla həyata keçirilib. Gəmidə 21 filippinli, 1 rusiyalı ekipaj üzvü və 3 təhlükəsizlik əməkdaşı olub.

 

AB və Yəmənin sürgündəki hökuməti hücuma görə husiləri ittiham edib. Hücumdan bir gün əvvəl husilər başqa bir yunan gəmisini — “Magic Seas”i vurduqlarını və batırdıqlarını iddia ediblər.

 

Hadisələr ABŞ prezidenti Donald Trampın Qəzza üzrə atəşkəsə vasitəçilik etdiyi dövrə təsadüf edir. ABŞ may ayında Husi mövqelərinə hücumları dayandırdığını açıqlamışdı, lakin İsrail və husilər arasında raket atışmaları davam edir.


Euronews
Billurə Quliyeva