Epşteyninin "müştəri siyahısı" mövcud deyil

Bölmə: Dünya › ,
Tarix: 18:10 08.07.2025

ABŞ Ədliyyə Nazirliyi cinsi cinayətləri ilə tanınan Cefri Epşteynin müştəri siyahısının mövcud olmadığını açıqlayıb.

 

Əvvəllər Baş prokuror Pam Bondi belə bir siyahının “masasında” olduğunu demişdi, lakin Ağ Ev və Nazirlik sonradan bu iddianı geri çəkib.

 

Epşteynin 2019-cu ildə federal həbsxanada intihar etdiyi təsdiqləndi və bu barədə video görüntülər yayımlanıb.

 

Ədliyyə Nazirliyi artıq Epşteyn işinə dair əlavə sənədlərin açıqlanmayacağını bildirib. Məqsəd qurbanların məxfiliyini qorumaq və əsassız nəzəriyyələrin yayılmasının qarşısını almaqdır.

 

Elon Mask və bəzi sağçı fəallar bu açıqlamaları kəskin tənqid edib. Mask bir müddət Trampı siyahıda olmaqda ittiham etsə də, sonradan bu paylaşımı silib. Tramp isə ittihamı “ağılsızlıq” adlandırıb.


Euronews
Billurə Quliyeva