“Netanyahu ixtiyari qırmızı xətlərlə atəşkəs razılaşmasına mane olur”

Tarix: 12:30 09.07.2025
İsrailin əsas müxalifət lideri Yair Lapid ordunun Qəzzanın cənubundakı Moraq dəhlizində qalmaqda israrını tənqid edərək, Baş nazir Binyamin Netanyahunun "Qəzzada əsir mübadiləsinə və atəşkəs razılaşmasına özbaşına qırmızı xətlərlə mane olduğunu" deyib.
İsrail dövlət televiziyasına danışan Lapid Netanyahunun hazırda Həmas ilə danışıqlarda olan atəşkəs razılaşması ilə bağlı mövqeyini tənqid edib.
Mənbə: A Haber
Çimnaz Telmanqızı