"Zirə"nin oyunu italiyalı hakimlərə həvalə olunub

Bölmə: İdman › ,
Tarix: 14:07 09.07.2025

"Zirə"nin Xorvatiyada "Hayduk"la keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununun hakimləri müəyyənləşib.


"İnformator.az" "UEFA"nın  rəsmi saytına istinadən xəbər verir ki, görüşü italiyalı hakimlər briqadası idarə edəcək.

 

Matçın baş hakimi FIFA referisi Luka Payretto olacaq. Ona Cüzeppe Perrotti və Xaled Bahri kömək edəcəklər. 
Dördüncü hakim funksiyasını Paride Tremolada yerinə yetirəcək.


Qeyd edək ki, oyun iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında ilk oyun iyulun 23-də Bakıda baş tutacaq.