Azərbaycan millisi növbəti mərhələyə yüksəlib

Bölmə: İdman › ,
Tarix: 14:10 09.07.2025

Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının qrup mərhələsində son oyununu keçirib.


"İnformator.az" xəbər verir ki, yığma B divizionunda Kosovo seçməsini üstələyib - 62:54.


Bu qələbə sayəsində Azərbaycan komandası üçüncü yeri tutaraq növbəti mərhələyə yüksəlib. Milli 9-16-cı yerlər uğrunda mübarizə aparacaq.


Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl İslandiya (86:79) ilə Bosniya və Herseqovina (83:81) yığmalarını məğlub edib, Ukrayna (65:78) və Litvaya (31:82) isə uduzub.