Fransada müxalif partiyaya görünməmiş təzyiq -Bardella

Tarix: 15:24 09.07.2025
Parisdə polis bu səhər Fransanın ifrat sağçı Milli Birlik Partiyasının qərargahına basqın edib.
"İnformator.az" xəbər verir ki, bunu Fransanın Milli Birlik Partiyasının sədri Jordan Bardella deyib.
Onun sözlərinə görə, silahlanmış və güllə keçirməyən jilet geymiş polis iyirmiyə yaxın maliyyə polisi və iki müstəniq partiya rəhbərliyinin əsas ofislərinə daxil olaraq son seçki kampaniyaları - regional, prezident, parlament və Avropa ilə bağlı bütün elektron məktubları, sənədləri və mühasibat sənədlərini ələ keçirib.
Bardella partiyanın hələlik bu axtarışların dəqiq səbəblərini bilmədiyini qeyd edib:
“Bu, açıq şəkildə yeni təqib kampaniyasının bir hissəsidir. Bu, plüralizmə qarşı ciddi hücumdur. Beşinci respublika dövründə müxalifət partiyası belə görünməmiş təzyiqə məruz qalmamışdı”.