Biz Ukraynanın hərbi hava limanının infrastrukturuna hücuma keçdik-Rusiya

Bölmə: Dünya › ,
Tarix: 16:49 09.07.2025

Rusiya Müdafiə Nazirliyi uzun mənzilli, yüksək dəqiqliyə malik silahlar və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Ukraynanın hərbi hava limanının infrastrukturuna hücuma keçdiklərini açıqlayıb.

 

Nazirlik Rusiya ordusunun Ukraynaya qarşı hərəkətlərini təfərrüatlandıran bəyanat yayıb.

 

Bəyanatda Rusiya ordusunun Ukraynadakı hərbi ünsürlərə qarşı hücumlarını davam etdirdiyi qeyd edilib və əlavə edilib:

 

"Rusiya Silahlı Qüvvələri uzun mənzilli, yüksək dəqiqlikli silahlar, o cümlədən hipersəs "Kinjal" raketləri və PUA-lardan istifadə etməklə, gecə saatlarında Ukraynanın hərbi hava limanının infrastrukturuna qrup şəklində havadan hücuma keçib. Hücum hədəfinə çatıb və təyin olunmuş elementlər vurulub".

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli