Ermənistanda müxalifətçi deputat iki aylıq həbs edilib

Tarix: 19:13 09.07.2025
Ermənistan parlamentinin müxalif “Ermənistan” (Hayastan) fraksiyasından olan deputatı, prokurorluq tərəfindən konstitusiya quruluşunu devirmək üçün terror aktları hazırlamaqda ittiham olunan Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib.
"İnformator.az" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan məlumat verib.
“Məhkəmə Sarkisyanın 2 ay müddətinə həbs edilməsinə qərar verib”, - o bildirib.
Xatırladaq ki, ötən gün ölkə parlamenti tərəfindən deputat toxunulmazlığından məhrum edilən deputat Artur Sarkisyan saxlanılması üçün könüllü olaraq İstintaq Komitəsinə gedib