Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

Tarix: 19:14 09.07.2025
Azərbaycanın bəzi rayonlarında iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.
Bu barədə "İnfornator.az" Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.