Lazkiyədə meşə yanğınları davam edir

Tarix: 20:25 09.07.2025
Suriyanın şimal-qərbində yerləşən Lazkiyə vilayətinə bağlı Bayırbucaq bölgəsində 7 gün əvvəl başlayan meşə yanğını güclü küləyin təsiri ilə yayılmaqda davam edir.
Bayırbucaqda yerləşən Kartal və Zahiye dağları ilə 45 Təpə ətrafında təsirli olan yanğın hələ də nəzarət altına alına bilməyib.
Yanğına mülki müdafiə və yanğınsöndürmə qüvvələri ilə yanaşı, Türkiyə, İordaniya və Livandan göndərilən hava vasitələri ilə müdaxilə olunur.
Geniş ərazini əhatə edən yanğın 3 iyulda başlamış, Kastal Maaf, Kantara, Məzrə, Beyt Mılıq, Fırınlıq meşələri və Murtlu kəndləri ən çox zərər çəkən ərazilər olub.
Suriya Daxili İşlər naziri Ənəs Hattab dünən keçirdiyi mətbuat konfransında yanğınlarla əlaqəsi olduğu ehtimal edilən bir neçə nəfərin saxlanıldığını açıqlayıb.
Lazkiyə valisi Məhəmməd Osman isə bildirib ki, 3 iyuldan bu günə qədər 14 min dönümdən çox kənd təsərrüfatı və meşə sahəsi ziyan görüb.
TRT XƏBƏR
Nuray Əliyeva