Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib

Bölmə: Dünya › ,
Tarix: 11:32 12.07.2025

İyulun 12-nə keçən gecə Rusiya qoşunları kamikadze pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərdən istifadə etməklə Ukrayna ərazisinə zərbələr endirib.

 

İnformator.az” Ukrayna KİV-ə istinadən xəbər verir ki, hücumun episentrlərindən biri Çernovtsı vilayəti olub.

 

Rəsmi məlumatlara görə, bölgəyə dörd “Şahed” PUA və bir raket atılıb. Zərbələr nəticəsində 3 ünvanda artıq söndürülmüş yanğın baş verib. İnzibati binalara, yaşayış binalarına, iki istifadəsiz binaya və avtomobillərə ziyan dəyib. Son məlumatlara görə 2 nəfər ölüb, 4 nəfər ağır, daha 10 nəfər isə yüngül yaralanıb.

 

Lvovda Lvov Politexnik Milli Universitetinin 3 binası zərbələrə məruz qalıb. Ən ciddi ziyan Jeleznodorojnı və Qalitski rayonlarında qeydə alınıb: 46 yaşayış binası zədələnib, 500-dən çox pəncərə sınıb, 15 mənzil yaşayış üçün yararsız vəziyyətə düşüb.

 

Bundan əlavə, 20 avtomobil, şəhər məhkəməsinin binası, 20 kiçik və orta sahibkarlıq obyektinə ziyan dəyib. 1 nəfər xəsarət alıb, o, xəstəxanaya yerləşdirilib, vəziyyəti sabitdir.