Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib-Ərdoğan

Tarix: 11:44 12.07.2025
Türkiyədə terror hücumları nəticəsində qeyri-sabit vəziyyət yaranıb.
"İnformator.az" “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın 32-ci “Məsləhətləşmə və Dəyərləndirmə” toplantısında keçmiş PKK terror təşkilatı tərəfdarlarının iyulun 11-də İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, 47 il əvvəl, avqustun 14-də Siğirt və Hakkaridə bölücü terror təşkilatı ilk hücumunu həyata keçirib:
“Həmin tarixdən etibarən bölücü terror təşkilatı 10 minə yaxın təhlükəsizlik əməkdaşımızı şəhid etdi, 50 minə yaxın insanımız həyatını itirdi və biz bu tarixi və olanları unutmayacağıq. Şəhidlərimiz həmişə baş tacımız olacaq. 1984-cü ildən sonra terror təşkilatı daha da irəli getdi və torpaqlarımızda onun kökü kəsilmədi. Burada, əlbəttə, bizim də müəyyən səhvlərimiz oldu. Bir gecədə insanlar köçə məcbur edildi. Səhv addımlarla terror təşkilatına istismaredici bir zəmin yaradıldı. Türkiyədə terror hücumları nəticəsində qeyri-sabit vəziyyət yarandı. İqtisadiyyatda iki trilyon dollarlıq bir ziyan müşahidə edildi”.