"Beşiktaş" Orkun Kökçünün transferini tamamlayıb

Bölmə: İdman › ,
Tarix: 12:13 12.07.2025

"Beşiktaş" Orkun Kökçü transferi üzrə "Benfika" ilə rəsmi danışıqlara başlayıb.

"İnformator.az" xəbər verir ki, klub bu barədə İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) məlumat verib.

"Beşiktaş"ın prezidenti Serdal Adalı futbolçunun sabah (iyulun 12-də - red.) İstanbula gələcəyini açıqlayıb.

 

2024/25 mövsümündə "Benfika"nın heyətində bütün yarışlarda 55 matça çıxan 24 yaşlı yarımmüdafiəçi 12 qol vurub və 11 məhsuldar ötürmə edib.