Suriya prezidenti Azərbaycana gəlib

Bölmə: Siyasət › ,
Tarix: 13:18 12.07.2025

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara iyulun 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

"İnformator.az" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Suriya Prezidenti Əhməd əş-Şaranı Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.