İsrail Livanın cənubuna dəqiq zərbə endirib

Bölmə: Dünya › ,
Tarix: 19:31 12.07.2025

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna növbəti dəfə dəqiq zərbə endirib.

 

"İnformator.az"ın xəbərinə görə, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

 

Bəyanata əsasən, zərbə Əl-Xiyam şəhərinin ətrafına endirilib. Hücumun hədəfi "Hizbullah"ın hərbi qanadının üzvlərindən biri olub. Zərbə nəticəsində o məhv edilib.


Hərbçilər məhv edilən radikalın adını açıqlamayıblar, lakin qeyd ediblər ki, o, təşkilatın dəstələrinin tank əleyhinə bölməsinin sıralarında fəaliyyət göstərib.