Azərbaycan millisinin futbolçusu "Fenerbahçe"də

Tarix: 10:08 15.07.2025
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Peritan Bozdağın yeni klubu bəlli olub.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, 26 yaşlı oyunçu "Fenerbahçe"ya keçib. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Peritan Bozdağ son olaraq "Fatih Vatan"da çıxış edib.