Bölgə klubunun yeni transferi Azərbaycana gəlib

Tarix: 22:39 16.07.2025
“Kəpəz”in gürcüstanlı futbolçu Otar Aptsiauri ilə anlaşdığı xəbərini verdik.
"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, futbolçu artıq ölkəmizə təşrif buyurub. Gəncə klubu onunla bütün məsələlərdə razılıq əldə edib. Aptsiauri ilə yaxın zamanda rəsmi müqavilə bağlanacaq.
Otar ötəm mövsüm “Dinamo”nun (Tbilisi) heyətində 14 oyun keçirib və 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
24 yaşlı yarımmüdafiəçi bir dönəm Gürcüstan U-19 millisinin də formasını geyinib.