Dünya futbolu “İnter” 50 milyon ödəmək istəmir

Tarix: 22:41 16.07.2025
“Atalanta”nın hücumçusu Ademola Lukman “İnter”in maraq dairəsindədir.
"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, Berqamo klubu oyunçu üçün 50 milyon tələb edir. Ancaq Milan təmsilçisi bununla razılaşmır. “İnter” rəhbərliyi qiymətin endirilməsi üçün danışıqları davam etdirir.
Lukman 2022-ci ildən Berqamo klubunda çıxış edir. O, klubla birlikdə Avropa Liqasının qalibi olub. 27 yaşlı futbolçu son mövsümdə A Seriyasında 15 qol vurub və 5 məhsuldar ötürmə verib.