"Hayduk"un "Zirə" ilə oyun üçün start heyəti müəyyənləşib

Bölmə: İdman › ,
Tarix: 17:19 22.07.2025

 

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq Xorvatiya "Hayduk"unun start heyəti müəyyənləşib.


"İnformator.az" "İndex" nəşrinə istinadən xəbər verir ki, Split komandasının müdafiə xəttinə Kiprin "Pafos" klubundan icarədən qayıdan Zvonimir Şarliya liderlik edəcək.

 

Şarliya bu yaxınlarda məşq zamanı Luka Hodakla toqquşma nəticəsində sifətindən zərbə alan gənc Marino Skelinlə birlikdə oynacaq. Qapıda debütant İvitsa İvuşiç, sağda Niko Siqur və solda Şimun Hrqoviç olacaq.


Baş məşqçi Qonsalo Qarsiya yarımmüdafiə və hücum xətlərində sürpriz hazırlayır. İspaniyalı mütəxəssis Marko Kapanı ilk dəqiqələrdən daha təcrübəli Entoni Kalik və Filip Krovinoviçin yanında oynatmaq niyyətindədir. İddialara görə, Qarsiya "Hayduk"un cinahlarında gənc oyunçularını yerləşdirməyi düşünür - Noa Skoko solda, Roko Braykoviç isə sağda oynayacaq.