Koray Günter də Səudiyyə Ərəbistanında

Bölmə: İdman › ,
Tarix: 20:27 22.07.2025

Səudiyyə Ərəbistanı komandalarından "Al-Okhdood" son olaraq "Göztepe" formasını geyinən Koray Günter ilə 1 illik müqavilə imzalayıb.

 

Səudiyyə Ərəbistanı Pro Liqa komandalarından "Al-Okhdood" Türkiyədən transferlər etməyə davam edir.

 

Son günlərdə "Kasımpaşa"dan Gökhan Gülü heyətinə qatan Səudiyyə klubu, Koray Günteri də komandaya cəlb edib.

 

"Al-Okhdood" 30 yaşlı təcrübəli müdafiəçi ilə 1 illik müqavilə imzalayıb.

 

Keçən mövsümü "Göztepe"də keçirən Koray Günter komandası ilə 30 oyunda iştirak edib və 2 qolla yadda qalıb. Koray Günter "Al-Okhdood"dan illik 3 milyon avro qazanacaq.

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə