"Zirə” UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik edib

Bölmə: İdman › ,
Tarix: 21:10 22.07.2025

Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la (Xorvatiya) qarşılaşacaq “Zirə” UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik edib.

 

Klubdan "İnformator.az"a verilən məlumata görə, siyahıda Vinsent Tilli Yeqor Boqomolski əvəz edib.

 

Bundan başqa "qartallar" B listini də əlavə edib. Siyahıda Səlim Həşimov, Yusif Hacıyev, Ramiz Muradov, Əhliman Süleymanzadə yer alıb.